Kolumbiyada əsgərlər öldürdükləri mülki şəxsləri partizan kimi göstəriblər-FOTO

0

2016-cı ildə Kolumbiyada FARC ilə hökumət arasında imzalanan sülh müqaviləsi nəticəsində yaradılmış Xüsusi Sülh Məhkəməsində çıxış edən keçmiş əsgərlər öldürdükləri mülki insanları partizan kimi göstərdiklərini etiraf ediblər.

Məlum olub ki, Kolumbiyada orduda xidmət edən bəzi keçmiş əsgərlər də toqquşmalarda həlak olan mülki şəxsləri partizan kimi göstəriblər.Kolombiya'da eski askerler, öldürdükleri sivilleri savaşçı olarak  gösterdiklerini itiraf etti - BBC News Türkçe

BBC-nin xəbərinə görə, ötən il yekunlaşan araşdırma 2002-2008-ci illər arasında hərbçilər tərəfindən öldürülən 6400-dən çox mülki şəxsin partizan kimi qeydə alındığını müəyyən edib. Açıq məhkəmədə çıxış edən keçmiş əsgərlər mülki şəxslərin öldürüldükdən sonra, silahlı döyüşçü kimi göstərildiyini etiraf ediblər.

Solçu partizan təşkilatı FARC ilə Kolumbiya dövləti arasında 2016-cı ildə imzalanan sülh razılaşması nəticəsində yaradılan Xüsusi Sülh Məhkəməsində keçirilən iclasda yüzlərlə itkin ailəsi iştirak edib. Kəndliləri və fermerləri aldadaraq, kimsəsiz yerlərə salaraq öldürdüyünü ifadə edən keçmiş əsgər deyib: “Məndə belə bir fikir yarandı ki, onlar partizan qüvvələridir və döyüşdə silahlarını böyrünə qoyub öldürülüblər”.Çatışmaya koronavirüs arası: ELN'den Kolombiya hükümetine 3 aylık ateşkes  çağrısı | Independent Türkçe

Əsgər bildirib ki, ordu münaqişədə irəliləyiş əldə etdiyi barədə təsəvvür yaratmaq üçün, həlak olanların sayını artırmağa çalışıb, buna görə də dinc insanları qətlə yetiriblər.

Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken verdiyi açıqlamada Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin (İSQ) Kolumbiya hökuməti ilə 2016-cı ildə imzalanan Sülh Müqaviləsindən sonra, silahı yerə qoyduğunu və bu səbəblə artıq terror fəaliyyəti ilə məşğul olan bir təşkilat olmayacağından, “xarici terror təşkilatları” siyahısından çıxarıldığını bildirib.Kolombiya'da sağcı militarizm

“Onun terrorçular siyahısından çıxarılması qərarı ABŞ-ın İSQ-in keçmiş liderlərinə qarşı cari və ya gələcək ittihamlar, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı mövqeyini dəyişdirmir və onların insanlığa qarşı cinayətlərinə haqq qazandırmır”, – Blinken bildirib. Blinken qeyd edib ki, bu qərar ABŞ-a 2016-cı il Sülh Müqaviləsini daha asan həyata keçirməyə imkan verəcək.

 

 92 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »