Baş Prokurorluq qarşısında aksiya:Müharibədə ölən əsgərlərin valideynləri  Paşinyanın həbsini tələb edir

0

44 günlük müharibədə həlak olan hərbçilərin valideynləri Ermənistan Baş Prokurorluğunun binası qarşısında aksiya keçirib. Onları baş prokuror Artur Davtyan qarşılayıb.

Artur Davtyan valideynlərinə dedi: “Mən sizin ağrınızı, kədərinizi başa düşürəm, buna görə aşağı düşdüm, qarşınızda baş əyirəm” deyib.

O qeyd edib ki, cinayət işindən söhbət gedəndə yalnız qanunda nəzərdə tutulmuş halların olması lazımdır.

Baş prokuror əmin edib ki, hazırda yekun hüquqi qiymət verilməsi üçün, bütün mümkün vasitələrdən istifadə olunur.

“Problem baş nazirin “Müharibənin qarşısını ala bilərdik, amma təbii ki, itkisiz d bu mümkün idi” dediyi anda yaranıb. Bundan sonra etirazçılar bildiriblər ki, bu, ittihamın xarakteristikasının icrası üçün kifayətdir”, – deyə baş prokuror qeyd edib.

Prokurorun bu sözlərindən sonra zərərçəkmişlərin valideynləri hiddətlənib.

Artur Davtyan bildirib ki, bu barədə heç vaxt açıq danışmayıb, amma indi deyəcək: müharibə zamanı o, 40 prokurorla birlikdə cəbhəyə gedib, səngərlərdə xidmət edib.

Davtyan mərhumun valideyninə üz tutaraq, “Eyni uğurla mən də sizin oğlunuzun yerində ola bilərdim” deyib.

Prokuror 10 valideynlə sakit şəraitdə görüşüb söhbət etməyi təklif edib, belə bir vəziyyətdə suallara cavab vermək mümkün deyil, lakin valideynlər onun deikləri ilə razılaşmayıb və Nikol Paşinyanın həbsini tələb ediblər.

 

 51 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »