Taliban hərəkatı İslam Dövləti yaraqlıları üzərində demək olar ki, tam qələbə qazanıb. Bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin “Twitter” səhifəsində dərc olunmuş bəyanatında deyilir.
“Bu qrup artıq təhlükə yaratmır. İslam Əmirliyi (Taliban öz hökumətini belə adlandırır) İŞİD-ə və ya hər hansı digər qrupa hökumətə qarşı çıxmağa və dünyanın digər dövlətləri üçün təhlükə yaratmağa imkan verməyəcək”, – mesajda deyilir.
Əfqanıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Əfqanıstanda İD 98 faiz məğlub edilib.
Comments are closed.