Şəhriyar Məmmədyarov “Oslo Esports Cup” turnirində ikinci qələbəsini qazanıb

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Oslo Esports Cup”ın turnirində növbəti görüşünü keçirib.

İctimairey.az xəbər verir ki, şahmatçımız beşinci turda niderlandlı Aniş Giri ilə üz-üzə gəlib. Qarşılaşma təmsilçimizin 3,5:2,5 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Ş.Məmmədyarov ilk turda Le Kuanq Liyemə (Vyetnam) qalib gəlib, sonrakı turlarda hindistanlı Rameşbabu Praqnanandha, kanadalı Erik Hansen və polşalı Yan-Kşiştof Dudaya uduzub.

Təmsilçimiz hazırda 6 xalla 8 şahmatçı arasında 6-7-ci pillələri bölüşür.

Qeyd edək ki, turnirin mükafat fondu 210 min ABŞ dolları təşkil edir.

Comments are closed.

Tərcümə »