SON XƏBƏR: Paşinyanın korteci hamilə qadını vuraraq, o dünyalıq edib- FOTO

Xəstəxananın baş həkimi Paşinyanın korteji tərəfindən vurularaq ölən hamilə qadınla bağlı təfərrüatları açıqlayıb.

IctimaiRey.az “Leo-Paronyan-Proşyan küçələrinin kəsişməsində qəzaya uğrayan 29 yaşlı hamilə qadın xəstəxanaya daxil olarkən, artıq tənəffüs və ürəyi dayanmışdı. Bu barədə aprelin 26-da Nairi Tibb Mərkəzinin baş həkimi Anatoli Qnuni müxbirlərə müsahibəsində bildirib. “1,5 saat davam edən təcili reanimasiya tədbirlərinə başlanılıb. Təəssüf ki, bioloji ölüm qeydə alınıb”, – Qnuni bildirib. Onlar dölün ürək döyüntüsünü də yoxlayıblar, o da artıq  yox idi.

Xəbərdə bildirilir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət korteji Leo-Paronyan-Proşyan küçələrinin kəsişməsində hamilə qadının üstünə çıxıb və o, sonradan dünyasını dəyişib.Paşinyanın korteci hamilə qadını vuraraq, o dünyalıq edib

“Şahidlərin sözlərinə görə, zərbənin səsi çox güclü olub. Bu zərbədən sonra avtomobil (avtomobillər) hadisə yerindən 20 metr aralıda bir anlıq dayanıb, daha sonra Paşinyanın maşınının arxasında hərəkətini davam etdirib, o da dayanmayıb.

Dayanıb qadını tez xəstəxanaya aparsaydılar, bəlkə də həyatını xilas etmək olardı… Qarşıdakı şəxsin təhlükəsizliyi daha vacib olub. Yoldan keçənlər köməyə gəliblər, təcili yardım çağırıblar, lakin qadın xəstəxanaya aparılarkən o və bətnindəki uşağı ölüb, “N1 sərnişin” isə sağ-salamat təyinat yerinə çatıb.

Comments are closed.

Tərcümə »