Laçın rayonunda qardaş oğlu dırmıxla əmisinin həyatına son qoyub

0

Hadisə 20.04.2022-ci il tarixdə saat 08 radələrində Laçın rayonunun  Fingə kəndində baş verib. Belə ki, kənd sakini Əşrəf İsmayılovun almış olduğu xəsarətlər nəticəsində aprelin 26-da xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

İctimairey.az-a Laçın rayon prokurorluğundan daxil olan məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin qardaşı oğlu Bahadur İsmayılov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı dırmıqla Əşrəf İsmayılovun baş nahiyəsinə xəsarətlər yetirmiş, nəticədə sonuncu almış olduğu xəsarətlərdən qeyd edilən tarixdə xəstəxanada ölmüşdür.

Faktla bağlı Laçın rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Bahadur İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »