Saat 13:00-da Ermənistan Respublika Partiyasının təşkilatçılığı ilə, bütün İrəvanda küçə və yolların kütləvi şəkildə bağlanması başlayıb.
“Aksiyalar mərkəzdə, Abidədə, Ərəbkirdə, Massivdə, Saralanc küçəsində keçirilir. Polis əlavə qüvvələr toplayıb. 10-dan çox iştirakçı saxlanılıb. Aksiyalar davam edir”, – ERP-nın açıqlamasında deyilir.
Aprelin 27-də Ermənistan Respublika Partiyasının gənclər qanadı ölkə parlamentinin binası qarşısında aksiya keçirib. Əllərində “Nikol DUR”, “Xəyanətə DAYAN!”, “Alçaltmağa DUR!”, “türkləşməni dayandır!” yazıları olan plakatlar tutublar.
Eyni zamanda, İrəvanda bir qrup gənc informasiya kampaniyası aparır. Onlar universitetlərə baş çəkir, tələbələri hakimiyyətə qarşı mübarizəyə qoşulmağa çağırır.
Onu da qeyd edək ki, aprelin 27-də saat 18:30-da İrəvanda Qaregin Njdenin abidəsi önündə müxalifət Müqavimət Hərəkatının üçüncü informasiya kampaniyasına başlanılacağı bildirilir.