Rusiyanın Ukraynaya hücumları 2 aydan artıqdır davam edərkən, Financial Times-a danışan mənbələr Rusiya prezidenti Putinin mümkün qədər çox torpaq ələ keçirmək istədiyini bildirib. Mənbələr Rusiyanın flaqmanı Moskvanın batmasından sonra, Putinin sülh səylərinin dalana dirəndiyini düşündüyünü bildirib.
Financial Times-ın xəbərinə görə, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə müharibəsini bitirmək üçün, diplomatik səylərə marağını itirib, bunun əvəzinə mümkün qədər çox ərazi ələ keçirmək əzmində görünür.
“Putin Rusiya televiziyasında eşitdiklərinə səmimiyyətlə inanır və böyük qələbə çalmaq istəyir”, – danışıqlara dair brifinqdə deyilib.
Martın sonunda İstanbulda keçirilən görüşdə Moskva və Kiyev ilk bəyannamə layihəsini qəbul etsələr də, Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyanı Buça və Mariupol kimi şəhərlərdə mülki əhaliyə qarşı hərbi cinayətlər törətməkdə ittiham etməsindən sonra, danışıqlar dayandırılıb.
RUSİYANIN MOSKVA GƏMİSİNİN BATMASII
Mənbələr FT-yə bildiriblər ki, Putin sülh səylərinin “dalanda” olduğunu düşünüR və Ukraynanın Rusiyanın flaqmanı Moskvanı batmasından sonra qəzəblənib. “Razılaşmaya ümid var idi. Putin ora-bura gedirdi. Amma Putin bu vəziyyətdən çıxış yolu tapmalıdır”, – adının açıqlanmasını istəməyən mənbə bildirib.
“Moskvadan sonra o, qalib kimi görünmür, çünki bu, ağır zərbə idi”, – deyən şəxs, Moskvanın batmasından sonra, Putinin nəyisə imzalamağa qarşı olduğunu iddia edir.
Putinlə söhbətləri barədə məlumat verən mənbələrə görə, o, generalları tərəfindən irəli sürülən və Rusiya televiziyasında nümayiş etdirilən müharibəyə təhrif olunmuş baxışa malikdir.
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Avropa İttifaqı Şurasının sədri Çarlz Mişel və rusiyalı milyarder Roman Abramoviç kimi Putini Zelenski ilə görüşməyə razı salmağa çalışır”, – xəbərdə deyilir.
Zelenski şənbə günü deyib ki, o, danışıqların davam etdirilməsini istəyir, lakin Mariupolda insanlar öldürülərsə və ya Rusiyanın işğal olunmuş cənub Xerson vilayətində separatçı referendum keçirərsə, Ukrayna danışıqlara getməyəcək.
Kiyev rəsmiləri narahatdırlar ki, Putin Rusiyanın şərqindəki Donbass sərhəd bölgəsini ələ keçirmək məqsədindən irəli gedə və Ukraynanın dənizlə əlaqəsini kəsərək, bütün cənub-şərqi ələ keçirməyə cəhd edə bilər.
Comments are closed.