Almaniyanın müdafiə idarəsinin başçısı Kristina Lambrext bu gün özünün tviter mikrobloqunda bildirib ki, ölkənin federal hökuməti Ukraynaya “Hepard” zenit komplekslərinin tədarükünə icazə verib. Bu, Almaniyanın Ukraynaya ağır hərbi texnika tədarükünə birinci icazədir.
İctimairey.az xəbər verir ki, adıçəkilən hava hücumundan müdafiə kompleksləri “Krauss-Maffei Wegmann” konserninin zavodlarında istehsal olunur. Hökumətin bu qərarı barədə NATO-nun Almaniyadakı “Ramştayn” aviabazasında keçirilən konfransın yekunlarına həsr olunmuş brifinqdə də bəyan edilib. Lambrext ukraynalı hərbçilərə alman istehsalı olan zenit komplekslərindən istifadə vərdişlərinin öyrədiləcəyini də vəd edib.
Ağır hərbi texnika Bundesverin ehtiyatlarından ayrılacaq.
Comments are closed.