Ağ Ev 3 ildir boş qalan ABŞ səfiri vəzifəsinə Bridcet Brinkin namizədliyini irəli sürdüyünü açıqlasa da, Xarici İşlər Nazirliyi ABŞ-ın Ukraynanın paytaxtı Kiyevdəki səfirliyinin tezliklə açılacağını bildirib.
Ağ Ev ABŞ prezidenti Co Baydenin yüksək səviyyəli diplomat Bridget Brinkin ABŞ-ın Ukraynadakı yeni səfiri vəzifəsinə təyin edilməsi üçün, namizədliyini irəli sürdüyünü açıqlayıb.
Açıqlamada qeyd olunub ki, hazırda ABŞ-ın Slovakiyadakı səfiri olan Brink 25 illik karyerası ərzində Şərqi Avropa və Qafqaz məsələlərinə cavabdeh olub, daha əvvəl ABŞ Dövlət Departamentinin Baş məsləhətçi ofisində Avropa və Avrasiya işləri üzrə baş məsləhətçi vəzifəsində çalışıb. Rus, slovak, serb, gürcü və fransız dillərini bildiyi bildirilən Blinkin ABŞ Senatında təsdiqlənməsi gözlənilir.
3 İLDİR ABŞ SƏFİRİ YOXDUR
ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2019-cu ilin mayında ABŞ-ın Ukraynadakı keçmiş səfiri Mari Yovanoviçi geri çağırdıqdan sonra, Ukraynanın 3 ildir ABŞ səfiri yoxdur. Ukraynanın paytaxtı Kiyevdəki səfirlik də Rusiyanın Ukraynadakı müharibəsi səbəbindən bağlanıb.
YENİDƏ AÇILACAQ
ABŞ Dövlət Departamentinin bəyanatında deyilir: “ABŞ-ın artan iştirakı bizim Ukraynaya dəstəyimizi göstərdiyinə görə, bu, diplomatlarımızı mümkün qədər tez Kiyevdəki səfirliyimizə göndərmək öhdəliyinin bir hissəsidir”. “Bu hərəkət ABŞ vətəndaşlarına geniş dəstək verməklə yanaşı, humanitar səyləri asanlaşdırmaq və Ukrayna hökumətinə yardım çatdırmaq , nazirliyin səylərini gücləndirəcək”.
Comments are closed.