“Nikolun siyasi ölümü cənubdan, Zəngəzurdan gələcək”

“Kəndlərdə problemlər davam edir: məyusluq, mühacirət, aclıq”. Ordu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında erməni fermer Tiqran Yeğoyan deyib.

Onun sözlərinə görə, Ermənistanda əkin sahələri yoxdur, SES-lər hələ də əkinlərin suvarılmasına mane olur.

Yeğoyan qeyd edib ki, ölkədə heç nə dəyişməyib, sadəcə rollar dəyişib, soyğunçuluq davam edir.

“Millət mədəniyyət və kənd təsərrüfatı hesabına yaşayır və indiki hakimiyyət demək olar ki, dərhal Mədəniyyət və Kənd Təsərrüfatı Nazirliklərini ləğv etdi. Hakimiyyət əslində bütün dövlət qurumlarını sıradan çıxarmağı, insanlarda vətənpərvərlik ruhunu söndürməyi qarşısına məqsəd qoyub, amma buna nail olmayacaq. Əvvəllər Serj Sarkisyan haqqında deyirdilər ki, o, vəziyyəti bilmir, indi Nikol eyni mövqedədir”, – deyə erməni fermer vurğulayıb.

O bildirib ki, Nikolun siyasi ölümü cənubdan, Zəngəzurdan gələcək.

Comments are closed.

Tərcümə »