Kim Çen In: Şimali Koreya nüvə arsenalının inkişafını sürətləndirəcək – FOTO

Pxenyan həmçinin istənilən vaxt nüvə qarşısının alınması proqramından istifadə üçün hərtərəfli hazırlıq görəcək.

Şimali Koreya lideri Kim Çen In bazar ertəsi Koreya Xalq Ordusunun yaradılmasının 90 illiyi münasibətilə keçirilən hərbi parad zamanı, respublikanın nüvə arsenalını daha da genişləndirmək və inkişaf etdirmək üçün, addımlar atacağını bildirib.

İctimairey.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Koreya Mərkəzi Xəbər Agentliyi (KMXA) məlumat verib.

Agentliyin mesajında ​​Kim Çen In deyib: “Biz ölkəmizin malik olduğu nüvə qüvvələrini maksimum və sürətlə inkişaf etdirmək üçün, tədbirlər görməyə davam edəcəyik”.

Məlumata görə, Pxenyan KXDR liderinin göstərişi ilə istənilən vaxt nüvə qarşısının alınması proqramından istifadə üçün, hərtərəfli hazırlıq işləri görəcək. “Respublikanın nüvə qüvvələri hər an unikal çəkindirmə potensialını işə salmaq üçün, diqqətlə hazırlanmalıdır”, – Kim Çen In deyib.

O, həmçinin KXDR ilə hərbi qarşıdurmaya hazır olan ölkələri, onun maraqlarına birbaşa müdaxiləyə qarşı xəbərdar edib. “Əgər hər hansı güc ölkəmizin əsas maraqlarına qəsd etməyə çalışarsa, bizim nüvə qüvvələrimizin gözlənilmədən cavab verməkdən başqa çarəsi qalmayacaq”, – o vurğulayıb.

Yonhap-ın daha əvvəl xəbər verdiyi kimi, Pxenyanda Koreya Xalq Ordusunun yaradılmasının 90 illiyinə həsr olunmuş hərbi parad keçirilib. Parad yerli vaxtla saat 22:00-da (Bakı vaxtı ilə 03:00) Kim İr Senin adına mərkəzi meydanda başlayıb. Burada minlərlə hərbçi və sadə vətəndaş iştirak edib. Yonhap qeyd edir ki, bundan əvvəl Kim Çen Inın rəhbərliyi altında Koreya Xalq Ordusunun yaradılmasının ildönümü şərəfinə parad keçirilmirdi. Ümumilikdə, KXDR-in hazırkı liderinin dövründə ölkədə sonuncusu da daxil olmaqla 12 əsas parad keçirilib.КНДР уничтожит любую нападающую силу – Ким Чен Ын | Inbusiness

 

Comments are closed.

Tərcümə »