Göygöl rayonda baş veren dəhşətli qəzanın təfərrüatları
İctimairey.az-ın Gəncə bürosundan verilən xəbərə görə, 25 Aprel saat 17:00 radələrində Göygöl rayonundan Toxana kəndinin 7 km-də, daha deqiq desək “Alban” kilsəsi deyilən ərazide dəhşətli qəza hedisesi baş verib.
Beləki ‘’VAZ 21-07’’ markalı avtomobil yüksək sürətlə yol kənarındakı beton dirəklərə çırpılaraq dərəyə aşıb. Xoşbəxtlikdən ölən olmasada avtomobildə olan sürücü Gəncə şəhər sakini Yusubov Ramil Dəmir oğlu və hələki kimlikləri məlum olmayan iki sərnişin müxtəlif bədən xeseretleri alıblar. Yaxınlıqda olan sakinlerin köməyi ilə onlar avtomobildən çıxarılıb və Gəncə şəhər Beynəlxalq xəstəxanasına çatdırılıblar. Hadise yerine rayonun polis əməkdaşları baxış keçirdikden sonra avtomobil dərədən çıxardırılaraq cərmə meydançasına aparılıb.
İmza:Gülnar Rəsulova
İctimairey.az
Comments are closed.