“Putin mayın 9-dək Odessanı işğal etməyə çalışır”…-“Bellingcat”

Rusiya Federasiyası mayın 9-dək Ukraynanın cənub hissəsini, o cümlədən Odessanı ələ keçirməyi planlaşdırır.
IctimaiRey.az  xəbər verir ki, bunu “Bellingcat”-ın təhqiqatçısı Xristo Qrozev Ukrayna mediasına açıqlamasında söyləyib.

Onun sözlərinə görə, Rusiya Federasiyası tərəfindən panika və mayın 9-na qədər hansısa “qələbə”ni nümayiş etdirmək  istəyi göz qabağındadır.

“Onlar başa düşürlər ki, əgər xalqa cəlbedici bir şey, məsələn, Odessaya tam dəhliz kimi bir şey  təqdim etməsələr, o zaman insanlar suallar verməyə başlayacaqlar”, – deyə Qrozev izah edir.
Onun sözlərinə görə, Rusiya Federasiyası tərəfindən panika və mayın 9-na qədər hansısa “qələbə”ni nümayiş etdirmək  istəyi göz qabağındadır.
Onun sözlərinə görə, Kreml mayın 9-dək istənilən nailiyyəti  yetərincə olan kimi göstərməyə çalışacaq.

“Əgər onlar uğur qazanmasalar – və mənə elə gəlir ki, bacarmayacaqlar – o zaman onlar son anda daha çox terror tədbirləri görməyə hazır olacaqlar və buraya kimyəvi silahdan istifadə də daxildir”, – Xristo Qrozev əlavə edib.

Jurnalistin fikrincə, Rusiya xalqı öz hökumətinə və onun təbliğatına inanmamağa başlayır.

Comments are closed.

Tərcümə »