Mariupolda on minlərlə insanın həyatı təhlükə altındadır – BMT
BMT-nin mətbuat xidməti xəbər verir ki, Pravoslav Xristianlar üçün Pasxa Günündə BMT mühasirədə olan Mariupolda hərbi əməliyyatları dayandırmağa çağırıb ki, sığınacaqda sıxışıb qalan mülki vətəndaşlar həyatları üçün təhlükə yaratmadan şəhəri tərk edə bilsinlər.
BMT-nin Ukrayna üzrə Böhran Koordinatoru Amin Avad verdiyi açıqlamada, “Qadınlar, uşaqlar və qocalar da daxil olmaqla, on minlərlə insanın həyatı indi Mariupolda təhlükə altındadır”. “Onları xilas etmək üçün döyüşlərdə fasilə lazımdır. Nə qədər geciksək, bir o qədər çox insanı itirmək riskimiz var. Bu gün onların təxliyəsinə icazə verilməlidir. Sabah çox gec ola bilər”.- deyib.
Pravoslav Pasxa bayramı ərəfəsində BMT-nin baş katibi Antonio Quterreş Ukraynada hərbi əməliyyatlara humanitar fasilə verməyə çağırıb.
“Dini bayramların nadir təsadüf günləri – Pravoslav Pasxa, Pesax və Ramazan – ümumi insani dəyərlərimizə diqqət yetirmək və fərqlilikləri aradan qaldırmaq vaxtıdır” – Amin Avad deyib.
Qarşıdan gələn həftə BMT Ukraynada müharibənin dayandırılması üçün səyləri gücləndirəcək – BMT-nin baş katibi aprelin 25-də Türkiyəyə, aprelin 26-da Rusiyaya və aprelin 28-də Ukraynaya səfər edəcək, orada bu ölkələrin prezidentləri ilə görüşəcək.