Blinken və Ostinin Zelenski ilə nədən danışıblar: Diplomatların qaytarılması və 322 milyon dollar yardım
ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündə ABŞ səfirliyinin əməkdaşlarının bu həftə Ukraynaya qayıtdacağını açıqlayıb. ABŞ Dövlət Departamentinin rəsmisi bildirib ki, ABŞ diplomatları bu həftə sərhədi keçərək, Polşadan Lvova “günlük səfərlərini” bərpa edəcəklər, lakin onların Kiyevə qayıtmasının planlaşdırılmasını sürətləndirmək üçün də iş gedir.
Həmçinin, Amerika departamentinin nümayəndəsinin sözlərinə görə, bu gün prezident Co Bayden ABŞ-ın Slovakiyadakı səfiri Bridcet Brinkin Ukraynadakı missiya rəhbəri vəzifəsinə namizədliyini irəli sürüb.
Qeyd edildiyi kimi, Blinken və Ostin Zelenskiyə Ukraynaya 322 milyon dollardan çox yeni hərbi dəstək barədə məlumat veriblər. Hərbi yardımın maliyyələşdirilməsi üçün, əlavə təxminən 400 milyon dollar Mərkəzi və Şərqi Avropa, Balkanlardan olan digər 15 ölkədən də gələcək.
Pentaqonun sözçüsü Con Kirbinin sözlərinə görə, 50-dən çox ukraynalı hərbçi ağır artilleriyadan (haubitsalardan) istifadə üzrə təlimləri bu gün bazar ertəsi başa vurmalıdır.