Türk polisi PKK-ya qarşı əməliyyata başladı

Türkiyənin Daxili İşlər Nazirliyi Şırnak bölgəsində yeni anti-terror əməliyyatlarına başlayıb.

 

İctimaiRəy.az  xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyatlarda 581 polis və jandarma qüvvələri cəlb olunub.

“Eren Abluka-5 Şəhid Jandarma Er Şakir Elkovan” adlı əməliyyat əsasən Qabar dağı bölgəsində aparılacaq.

 

Artıq ilk saatlarda PKK yaraqlılarına məxsus mağaralarda xeyli sayda kustar üsulla hazırlanan bombalar və silah-sursat aşkar edilib.

Comments are closed.

Tərcümə »