Rusiyadan Paşinyana xəbərdarlıq – “Bizdən xəbərsiz…”

0

Kreml Ermənistanın Azərbaycanla problemlərini həll edib, Türkiyə üzərindən Qərbə inteqrasiya cəhdlərinin qarşısını almaq istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Diriliş Postası” qəzetində dərc olunan məqalədə bildirilib.

Məqalədə Rusiyanın Ermənistan Baş naziri Nikol Paşinyanın xarici siyasətindən narahat olduğu diqqətə çatdırılıb:

“Ara-sıra Türkiyə əleyhinə çıxışlar etsə də, diaspor ermənilərindən çox uzaq profil nümayiş etdirən Paşinyan keçmiş baş qərargah rəisi Onik Qaqsparyanın çevriliş cəhdinə baxmayaraq, 2021-ci ilin iyununda keçirilən seçkilərdən sonra da öz hakimiyyətini qoruyub-saxlamağı bacardı. Qasparyan və yüksək rütbəli hərbçilər Azərbaycanın Qarabağ zəfərindən sonra ötən il fevralın 25-də bəyanat yayaraq, Paşinyanı istefaya çağırmışdılar.

Xalqın 54 faizinin dəstəyini alan Paşinyanın xüsusilə son dövrdə müstəqil siyasət yürütməsi diqqət çəkir. Paşinyanın Avropa İttifaqı (Aİ), Azərbaycan və Türkiyə ilə qurduğu dialoq Rusiyanın narahatlığına səbəb olub. Aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı şurasının prezidenti Şarl Mişellə görüşən Paşinyan regionda gərginliyin azaldılması istiqamətində atdığı addımlarla sülh mesajları verir. Sözügedən üçtərəfli görüşdə sülh sazişinin hazırlanmasına başlanılması və sərhədlərin müəyyən edilməsi üçün birgə komissiyanın yaradılması barədə razılıq əldə olunub.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »