“Müharibəni bitirməyin iki yolu var – diplomatik və hərbi”
IctimaiRey.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Mən müharibəni dayandırmaq və ona son qoymaq istəyirəm. Diplomatik yol da var, hərbi də. İstənilən sağlam insan diplomatik yolu seçir, çünki bilir ki, çətin də olsa, milyonlarla insanın itkisinin qarşısını ala bilər”, – Zelenski bildirib.
O əlavə edib ki, Vladimir Putinlə görüşdən qorxmur: “Sadəcə olaraq qorxmağa haqqım yoxdur, çünki xalqımız heç nədən qorxmadığını nümayiş etdirdi, yalın əli ilə tankları dayandırdı”.