“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev cəzalanıb.
İctimairey.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
42 yaşlı mütəxəssis Premyer Liqanın XXIII turundakı hərəkəti üzündən cəza alıb. “Sumqayıt”la matçda (1:1) 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Elmar Baxşıyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun şərti olmaqla, 5 oyun cəzalanıb. Klubu isə 4000 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.