“Lukoyl”a yeni müvəqqəti prezident təyin olunub

0

Rusiyanın ən böyük özəl neft şirkəti olan “Lukoyl”a müvəqqəti prezident təyin olunub.

Şirkətin direktorlar şurası birinci icraçı vitse-prezident Vadim Vorobyovu Lukoyl-un müvəqqəti prezidenti təyin edib.

Bildirilib ki, səhmdarlar mayın 30-da yeni prezidenti seçəcəklər,

Qeyd edək ki, aprelin 21-də “Lukoyl”un təsisçisi Azərbaycan əsilli iş adamı Vahid Ələkbərov direktorlar şurasının üzlüyündən və prezident vəzifəsindən getdiyini açıqlayıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »