İranda hücum: 1 zabit ölüb

0

İranın cənub-şərqində Xüsusi Təyinatlı Qüvvələr Briqadası komandirinə hücum nəticəsində bir zabit həlak olub.

Son günlər İranın cənub-şərqində Pakistanla sərhəddə yerləşən Sistan və Bəlucistan əyalətlərində təhlükəsizlik qüvvələri ilə silahlı qruplar arasında toqquşmalar olub.

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində İnqilab Keşikçiləri Ordusunun Xüsusi Təyinatlı Qüvvələr briqadası komandiri, briqada generalı Hüseyn Elmasının maşınına hücum nəticəsində bir leytenant həyatını itirib.

Vilayətin inzibati mərkəzi olan Zahidan şəhərində yerləşən 110-cu Selman-ı Farisi Xüsusi Təyinatlı Briqada komandiri, briqada generalı Elmasının avtomobilinə 4 naməlum şəxsin atəş açması nəticəsində qarşıdurma baş verib.

Cinayəti törədənlər tutulub

Hücum zamanı iranlı komandir Elmasının xəsarət almadığı, lakin münaqişə nəticəsində onun cangüdəni, leytenant Mahmud Absalanın həlak olduğu bildirilib. Bildirilib ki, iranlı zabit Absalan İnqilab Keşikçiləri Ordusunun Sistan-Bəlucistan əyalətindəki komandir müavini briqada generalı Pərviz Absalanın oğludur.

Hücumla bağlı açıqlama verən Sistan-Bəlucistan valisinin müavini Əli Rıza Merhameti hücumu törədənlərin Zahidan şəhərinin girişindəki nəzarət-buraxılış məntəqəsində yaxalandığını bildirib.

MOSSAD İZİ

Digər tərəfdən, İranın Kəşfiyyat Nazirliyi aprelin 20-də Sistan-Bəlucistan əyalətində İsrailin xarici kəşfiyyat xidməti Mossad adından casusluq etdiyi iddiası ilə üç nəfərin həbs edildiyini açıqlayıb.

Təfərrüatlar verilmədən “gizli kəşfiyyat sənədləri”nin dərcində kimliyi və milliyyəti açıqlanmayan şəxslərin rolunun olduğu bildirilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »