SON DURUM: Mariupol Metallurgiya Zavodu: “Bunkerlərdə yaralılar və ölülər var” FOTO

0

Mariupolun son ukraynalı müdafiəçilərindən biri BBC-yə bildirib ki, onların gizləndiyi mühasirəyə alınmış polad zavodu əsasən yerin üstündə dağıdılıb, mülki insanlar isə dağılmış binaların altında qalıb.

Mariupolun Rusiyanın nəzarəti altında olmayan son hissəsi olan Azovstal zavodundan danışan mübahisəli Azov alayından Svyatoslav Palamar müdafiəçilərin Rusiya hücumlarının dalğasını dəf etdiyini söyləyib.

“Mən həmişə deyirəm ki, biz burada olduğumuz müddətdə Mariupol Ukraynanın nəzarəti altında qalacaq”.

Bundan əvvəl prezident Vladimir Putin tunellər və emalatxanalardan ibarət labirint olan polad zavoduna Rusiyanın planlaşdırdığı hücumunu ləğv etdi və əvəzində qoşunlarına onun qarşısını almağı  və

“Bu sənaye zonasını bağlayın ki, milçək uçmasın” əmrini verib.

Mariupolun çox hissəsi həftələr ərzində Rusiyanın ağır bombardmanları və şiddətli küçə döyüşləri nəticəsində dağıdılıb. Azov dənizindəki limanı ələ keçirmək Rusiyanın müharibədəki əsas məqsədidir və Rusiyanın Donbassdakı hücumuna qoşulmaq üçün, əlavə qoşunları azad edəcək.

Kapitan Palamar rusların polad zavodunu döyüş gəmilərindən atəşə tutduğunu və bunkerləri məhv etmək üçün, üzərinə bombalar yağdırdığını bildirib.

BBC onun heç bir versiyasını yoxlaya bilməyib. Lakin bu, bu həftənin əvvəlində polad zavodunda işləyən Ukrayna dəniz piyadaları komandirinin döyüşçülərin sayının çox olduğunu və təchizatının tükəndiyini söyləyən ifadəsi ilə uyğun gəlir.

“Azovstal ərazisindəki bütün tikililər praktiki olaraq dağıdılıb. Onlar ağır bombalar atırlar, bunkerləri dağıtmaq üçün bombalar atırlar ki, bu da böyük dağıntılara səbəb olur. Bunkerlərin içərisində yaralananlar və ölənlər var. Bəzi mülki şəxslər dağılmış binaların altında qalıb”, – kapitan Palamar bildirib.Последний бастион Мариуполя. Что такое завод "Азовсталь", который штурмуют  российские войска - BBC News Русская служба

Azov alayı əvvəlcə ifrat sağçı neonasist qrupu idi və sonradan Ukrayna Milli Qvardiyasına daxil edildi. Onun döyüşçüləri dəniz piyadaları, sərhədçilər və polislərdən ibarət briqada ilə birlikdə şəhərdə qalan son ukraynalı müdafiəçilərdir.

Mariupolda nə qədər ukraynalı müdafiəçinin qaldığını soruşduqda, kapitan Palamar sadəcə olaraq “hücumları dəf etmək üçün kifayətdir” cavabını verib.

O, mülki şəxslərin silahlılardan uzaq müxtəlif yerlərdə olduğunu bildirib. Onlar hər birində 80-100 nəfərin olduğu zirzəmilərdədir, lakin ümumilikdə neçə mülki vətəndaşın olduğu bəlli deyil, çünki bəzi binalar dağıdılıb və yaraqlılar atəşə məruz qaldıqları üçün, onlara çata bilməyiblər. Onun sözlərinə görə, bəzi bunkerlərin girişləri yalnız ağır texnikanın hərəkət etdirə biləcəyi ağır beton plitələrlə bağlanıb.

“Biz əldə edə biləcəyimiz yerlərdə olan mülki şəxslərlə əlaqə saxlayırıq. Biz bilirik ki, üç aylıq balaca uşaqlar var”.

Döyüşçü mülki şəxslərin polad zavodundan təhlükəsiz çıxışına çağırıb və üçüncü ölkə və ya beynəlxalq qurumların onların təhlükəsizliyinin təminatçısı kimi çıxış etməyə çağırıb.

“Bu insanlar artıq müharibə cinayətlərindən çox keçiblər. Onlar ruslara güvənmirlər və qorxurlar” deyən o, rus qoşunlarının işgəncə və qətlə yetirilməsindən və ya onların vasitəsi ilə Rusiyayanın filtrasiya adlanana düşərgələrinə deportasiya edilməsindən qorxurlar.

Polad zavodunda yaşlı mülki vətəndaşların dərmana ehtiyacı var, 500-ə yaxın ağır yaralı döyüşçü isə, amputasiya kimi ağır əməliyyatlar da daxil olmaqla, lazımi qayğıları görmür.

“52 günlük blokada və şiddətli döyüşlərdən sonra, biz dərman preparatları daşıyırıq. Biz həmçinin Ukraynanın nəzarətində olan ərazidə ləyaqətlə dəfn edilməli olan döyüşçülərimizin dəfn olunmamış cəsədlərini saxlayırıq”.

Kapitan Palamar bildirib ki, ukraynalı müdafiəçilər də imkan daxilində öz təxliyyələrini təmin etmək istəyirlər, lakin təslim olmaqdan söhbət gedə bilməz.Последний бастион Мариуполя. Что такое завод "Азовсталь", который штурмуют  российские войска - RU.DELFI

“Mülki insanların təhlükəsiz çıxışı müqabilində təslim olmağa gəlincə, ümid edirəm ki, hamımız kiminlə məşğul olduğumuzu bilirik. Biz dəqiq bilirik ki, Rusiya Federasiyasının bütün zəmanətlərinin, bütün bəyanatlarının heç bir dəyəri yoxdur”.

Onun sözlərinə görə, Azovstalda qalan müdafiəçilərin çoxu 2014-cü ildə Rusiya tərəfindən işxal edilmiş Krımdan, həmçinin Donetsk və Luqansk vilayətlərinin şərq rayonlarından gəlib. Özü də orada ailə qurub, övladı da orada doğulub.

“Mən bu şəhərin necə inkişaf etdiyini görmüşəm. Necə də bu şəhər Azovun mirvarisinə çevrilmişdi, mənim də doğma şəhərim” deyib.

“Rusiya heç nə yeniləmir və ya bərpa etmir. O, məhv etmək və terror etmək istəyir… Əgər biz yıxılsaq, bu ordu irəliləyəcək və bütün sivil dünya təhlükə altında olacaq”.Уничтожение Мариуполя: Разрушение Азовстали « Новости | Мобильная версия |  Цензор.НЕТ

Ukrayna Rusiya qüvvələrini mülki sığınacaqları bombalamaqda və Azovstal-a hücumlarda beynəlxalq hüquqla qadağan edilmiş və ya məhdudlaşdırılan silahlardan, o cümlədən fosfor bombaları və kaset sursatlarından istifadə etməkdə ittiham edib.

Ukrayna, o cümlədən ABŞ və Böyük Britaniya Mariupolda kimyəvi silahdan mümkün istifadə ilə bağlı araşdırmalar elan edib, Rusiya bunu təkzib edib.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »