Roma Papası Fransisk Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilllə iyunda baş tutmalı olan görüşü təxirə salmalı olduğuna görə təəssüflənir. İctimairey.az bu barədə “La Nacion” nəşrinə istinadən xəbər verir.
“Təəssüf edirəm ki, Vatikan Patriarx Kirilllə iyunda Qüdsdə planlaşdırdığımız ikinci görüşü təxirə salmalı oldum. Lakin diplomatiyamız anladı ki, bu vaxtkı görüşümüz böyük çaşqınlığa səbəb ola bilər”, – Papa Fransisk bildirib.
Eyni zamanda, o, Patriarx Kirilllə münasibətlərini “çox yaxşı” adlandırıb. Papa qeyd edib ki, o, dinlərarası dialoqun tərəfdarıdır.
“Mən Buenos Ayres arxiyepiskopu olanda xristianlar, yəhudilər və müsəlmanlar arasında səmərəli dialoq qurdum. Bu, mənim fəxr etdiyim təşəbbüslərdən biri idi. Mən Vatikanda da eyni siyasəti təbliğ edirəm. Məndən dəfələrlə eşitdiyiniz kimi, mənim üçün razılaşma münaqişədən daha vacibdir”, – pontifik bildirib.
Qeyd edək ki, Papa BMT baş katibinin Ukraynada Pasxa atəşkəsi yaratmaq çağırışına qoşulub. Kiyevdə onlar Pasxa atəşkəsi ilə razılaşıblar.