Mayk Tayson öz pərəstişkarını ölümünə döyüb – VİDEO

0

Dünya şöhrətli keçmiş boksçu Mayk Tayson təyyarə səfərinə çıxmağa hazırlaşarkən, onunla şəkil çəkdirmək istəyən pərəstişkarının xahişini rədd etməyib. Foto ilə kifayətlənməyən sərnişinin, onu daim narahat etməsinə əsəbiləşən Tayson yumruqlarını işə salıb.

Təyyarə səfəri zamanı arxa oturacaqda oturan sərnişini döyən əfsanəvi boksçu Mayk Tayson gündəmə gəlib.

MAYK TAYSON DƏLİYƏ ÇÖNÜB

San-Fransisko Beynəlxalq Hava Limanından Floridaya getmək üçün, təyyarəyə minən Tayson onunla şəkil çəkdirmək istəyən pərəstişkarının xahişini geri çevirməyib. Lakin arxa oturacaqda əyləşən sərnişin əfsanəvi boksçunu narahat etməyə davam etdikdən sonra, Tayson dəli olub. 55 yaşlı Tayson qəfil ayağa qalxaraq, sərnişini yumruqlamağa başlayıb.

“NƏ OLDUĞUNU BİLMƏDİM”

Kadrlarda Taysonun bir şəxsə yumruq atması, onu dayandırmağa çalışan şəxsin isə “Hey Mayk! Dur” qışqırması eşidilir. Hadisələri videoya çəkən şəxs “Oğlum Mayk Tayson tərəfindən döyülüb. Bəli, o dəli oldu. Sadəcə avtoqraf istəyirdi. Nə baş verdiyini anlamadıq” deyib.

TAYSON TƏYYƏRƏNİ TƏRK EDİB

Keçmiş ağır çəkili dünya çempionuna yaxın mənbələr sərnişinin sərxoş olduğunu və Taysonu təhrik etməyə çalışdığını bildirib. Hadisə şahidləri Mayk Taysonun hadisədən sonra təyyarədən düşdüyünü bildirir. Yumruqla vurulan və qanlar içində olan sərnişinə tibbi yardım göstərildikdən sonra, polis tərəfindən ifadə alınıb.

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »