Vəziyyəti ağır olan Mətanət Əsədovanın səhhəti ilə bağlı AÇIQLAMA

0

Bir neçə gün əvvəl müğənni Mətanət Əsədova əməliyyat olunub.

İctimairey.az xəbər verir ki, komada olduğu deyilən sənətçinin həmkarı Manaf Ağayev onun hazırkı vəziyyətindən danışıb.

“Söz baz” verilişinə açıqlama verən Ağayev Əsədovanın hələ də ağrıları olduğunu bildirib:

“Axşam yarım saat danışdım, vəziyyəti normal idi. Amma ağırları var idi. Bu gün zəng vurdum. Köməkçisi telefonu açdı. Dedi, hazırda komada deyil, amma axşam mənimlə danışdıqdan sonra ağrıları artıb, indi yatır”.

Qeyd edək ki, Mətanət Əsədova aprelin 13-də xəstəxanalardan birində əməliyyat olunub. Müğənni əməliyyatdan sonra komaya düşüb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »