Dehli Rusiyaya yaxındı. Yaponiyanın Ukraynaya yardım aparan təyyarəsini qəbul etmir.

0

SON XƏBƏR: Hindistan Ukraynaya yardım aparan yapon təyyarələrini qəbul etmədi

Hindistan Yaponiya Özünümüdafiə Qüvvələrinin Ukraynaya yardım yükü daşıyan təyyarəsini qəbul etməkdən imtina edib. İctimairey.az bu barədə Kyodo agentliyinə istinadən xəbər verir.

Təyyarənin BMT-nin Qaçqınlar üzrə Komissarlığının xətti ilə Rumıniya və Polşaya humanitar yardım yükü aparmalı, oradan isə yükün Ukraynaya göndərilməsi nəzərdə tutulduğu bildirilir. Yaponiya Hindistandan tranzit məntəqəsi kimi istifadə etmək niyyətində idi.

Məsələ işçi səviyyəsində Dehli ilə əvvəlcədən razılaşdırılıb, lakin Hindistan hakimiyyəti aprelin 20-də imtina göndərib. Buna səbəb kimi koordinasiyanın olmaması göstərilib. Bu məsələ ilə bağlı yekun qərar aprelin 22-nə təyin edilib.

Kyodo agentliyi aydınlaşdırır ki, Hindistanın bundan imtina etməsi və planlara dəyişikliklərin edilməsi zərurəti məsələsi hakim Liberal Demokrat Partiyasının siyasi şurası zamanı müzakirə olunub. İclas iştirakçılarından biri deyib ki, Hindistan Rusiyaya yaxındır, ona görə də Ukraynaya humanitar yardımın çatdırılması üçün daşınma məntəqəsinə çevrilməyə asanlıqla razılaşa bilməz.

Bundan əvvəl Tokio Kiyevə öldürücü olmayan müdafiə ləvazimatları göndərmişdi: dəbilqələr, zirehlər, isti paltarlar, kameralar, şərflər, gigiyena vasitələri, generatorlar, quru qidalar. Yaponiyanın müdafiə naziri Nobuo Kişi daha sonra Kiyevə maskalar, kimyəvi qoruyucu geyimlər və müşahidə dronları göndərməyi planlaşdırdıqlarını açıqladı.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »