Azərbaycanda karantinlə bağlı xoş xəbər
May ayının 1-dən etibarən maska qadağası ləğv edilə, quru sərhədlər isə açıla bilər. Millət vəkili Fazil Mustafa deyib ki, hökümət növbəti yumşaldılma qərarı üzərində işləyir.
”May ayının 1-dən etibarən maska qadağası ləğv edilməli, quru sərhədlər isə açılmalıdır”. Bunu millət vəkili Fazil Mustafa ”Xəzər Xəbər”ə müsahibəsi zamanıd eyib. O bildirib ki, bu qadağaların ləğvi üçün zəmin yaranıb.
Millət vəkili qeyd edib ki, bütün hallarda pandemiyaya nəzarət diqqətdə saxlanılmalıdır. Yoluxmanı artıracaq amillərin qarşısı anında alınmalıdır. O bildirib ki, hazırda hökümət növbəti yumşaldılma qərarı üzərində işləyir.