Çin Rusiyadan yan keçməklə Almaniyaya yeni yük dəmir yolu marşrutu açıb. Azərbaycandan…

0

Çin hakimiyyəti Sian şəhərindən (Şensi əyalətinin şimal-qərbində) Almaniyanın Mannheim şəhərinə yük qatarları üçün yeni marşrut açıb. Sian Gömrük İdarəsinin rəsmi saytında verilən açıqlamaya görə, o, həmçinin qarışıq dəmir yolu və dəniz nəqliyyatından istifadə etməklə Qara və Xəzər dənizlərini keçəcək.

Sənədə əsasən, 316 ton ağırlığında 42 konteynerlə yüklənmiş ilk qatar aprelin 13-də Sian şəhərindən yola düşüb. Bildirilir ki, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan, Slovakiya, Çexiyadan keçərək, ümumilikdə 11,3 min km məsafə qət edərək, Manheym şəhərinə çatacaq.

İctimairey.az Xinhua Xəbər Agentliyinə istinadən bildirir ki, Xi’an Azad Ticarət Limanının Tikintisi və İstismar Komissiyasının rəhbəri Yuan Xiaojunun sözlərinə görə, yeni marşrut əvvəllər az sayda Çin-Avropa qatarının keçdiyi ölkələri və bölgələri əhatə edir və həm Çin, həm də beynəlxalq müəssisələr üçün Çinə yeni bazarlar açır. O, həmçinin qeyd edib ki, yeni marşrut yerli və xarici logistika şirkətləri üçün yeni nəqliyyat imkanları açır.

Sian Gömrük İdarəsinin məlumatına görə, yeni marşrut Çin şəhəri ilə Avropa arasında hərəkət edən yük qatarları üçün 16-cı marşrutdur.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »