Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Bursa şəhərində törədilən terror aktını qınayıb.
İctimairey.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in tviter hesabında paylaşım edilib.
“Qardaş Türkiyənin Bursa vilayətində törədilən terror hücumu nəticəsində həyatını itirən məmurun ailəsinə və yaxınlarına hüznlə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik. Azərbaycan terrorun bütün forma və təzahürlərini qətiyyətlə qınayır”, – deyə paylaşımda vurğulanıb.
Qeyd edək ki, Türkiyənin Bursa vilayətində terror aktı baş verib.
Bu barədə Bursa valisi Yakup Canbolat məlumat verib.
Məlumatta bildirilir ki, həbsxana gözətçilərinin olduğu avtobusa əldəqayırma partlayıcı qurğu ilə hücum edilib və nəticədə bir əməkdaş həlak olub.
İlkin məlumata görə, partlayış nəticəsində avtobusa ciddi ziyan dəyib və çoxlu sayda yaralı var.
Yaralılar dərhal ətrafdakı xəstəxanalara yerləşdirilib. Faktla bağla araşdırma aparılır.