Zaur Axundovun şirkəti məhkəməyə verildi

0

Azərbaycan Futzal Federasiyasının və “Şamaxı” futbol klubunun Müşahidə Şurasının sədri Zaur Axundovun şirkəti məhkəməyə verilib.

Qaynarinfo.az  xəbər verir ki, Zaur Axundova məxsus olan Səmayə Co LTD MMC-nin gömrük qaydaları əleyhinə olan inzibati xəta faktı (493-cü maddə) məhkəmə prossesi keçiriləcək. İşə Bakı Şəhəri Səbail Rayon Məhkəməsində baxılır.

Qeyd edək ki, hazırda Səmayə Co LTD MMC-nin direktoru və qanuni təmsilçisi Vasib Zərbəliyevdir. Nizamnamə kapitalı 644 min 700 manat olan Səmayə Co LTD MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 15 min 127 manat 84 qəpik vergi borcu var.

Səmayə Co LTD MMC şirkətinin Zaur Axundova məxsus olması barədə bundan əvvəl mətbuatda məlumatlar dərc edilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »