Ermənistan parlamentində Türkiyə ilə bağlı dinləmə keçiriləcək

0

Ermənistan parlamentində Ermənistan-Türkiyə münasibətləri mövzusunda dinləmələr keçiriləcək.

Bu barədə Ermənistanın qanunverici orqanının rəsmi saytında məlumat yerləşdirilib.

“Aprelin 21-də saat 11:00-da “Hayastan” fraksiyasının təşəbbüsü ilə parlament “Ermənistan və Türkiyə arasında münasibətlərin konseptual müddəaları haqqında” bəyanat layihəsinə dair dinləmələr keçirəcək”, – məlumatda deyilir.

Xatırladaq ki, ötən il İrəvan və Ankara danışıqlar üçün xüsusi nümayəndələr təyin ediblər. Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıçın birinci görüşü yanvarın 14-də Moskvada, ikinci görüşü isə fevralın 24-də Vyanada baş tutub. Diplomatlar təsdiqləyiblər ki, danışıqların yekun məqsədi iki ölkə arasında münasibətlərin tam normallaşmasıdır.

Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur, sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »