Luqansk vilayətinin Rubejnoe və Popasnaya şəhərlərində hazırda mövqe döyüşləri davam edir, lakin rus işğalçıları heç bir uğur əldə edə bilmirlər.
Bunu Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.
“Onlar hər tərəfdən hücum edirlər, aviasiya artıq bizim şəhərlərdə, bütün müdafiə xətti boyunca əvvəlkilərdən dəfələrlə artıq işləyir. Doğrudan da, haqqında danışdığımız və uzun müddətdir gözlədiyimiz hücumun başladığını söyləmək olar”, – Qayday bildirib.
Onun sözlərinə görə, rus ordusu döyüşlərdə canlı qüvvə və hərbi texnika itirir:
“Hərbçilərimiz və PUA-lar vurur. Luqansk və Xarkov vilayətlərində təyyarələr vurulur. Müdafiəni saxlayırıq”