Rusiya qüvvələrinin Ukraynanın Lvov şəhərinə həyata keçirdiyi raket hücumu nəticəsində 6 nəfərin öldüyü, 8 nəfərin yaralandığı bildirilib.
Rusiya qoşunları Ukraynanın Polşa sərhədinə yaxın olan Lvov şəhərinə raket zərbəsi endirib. Hücumda 6 nəfərin həyatını itirdiyi, 8 nəfərin yaralandığı açıqlanıb
Lvov meri Andriy Savovy partlayışların baş verdiyi bölgələrə müvafiq bölmələrin göndərildiyini bildirərək, “Lvova 5 raketlə hücum edilib. Daha ətraflı məlumat almağa çalışırıq”, – deyə o bildirib. Lvov vilayətinin qubernatoru Maksim Kozitski “Təəssüf ki, ölən və yaralananlar var. Hazırda 6 nəfərin öldüyü, 8 nəfərin yaralandığı məlum olub. “Qurbanlar arasında bir uşaq da var” dedi.
Hazırda ölkəni tərk etməyə çalışan qadın, uşaq və qocaların Rumıniya, Polşa və Moldova sərhədlərini keçdiyi marşrut kimi Lvov, İvano-Frankivsk, Çernivtsi və Odessa şəhərlərindən istifadə edilir.