Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müavini İqor Jovkva bildirib ki, Ukrayna Kiyevin Avropa İttifaqına üzvlüklə bağlı qərar verməsi üçün, başlanğıc nöqtəsi olacaq anket doldurub.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen aprelin 8-də Kiyevə səfəri zamanı Zelenskiyə sorğu vərəqi verib və Rusiyanın ölkəni işğal etməsindən sonra, Ukraynanın Aİ-yə üzvlük cəhdinin başlanmasını sürətləndirəcəyini vəd edib.
“Bu gün mən deyə bilərəm ki, sənəd Ukrayna tərəfi tərəfindən tamamlanıb”, – Jovkva bazar günü axşam Ukraynanın ictimai yayımına bildirib.
O əlavə edib ki, Avropa Komissiyası Ukraynanın lazımi üzvlük meyarlarına uyğunluğu ilə bağlı tövsiyə verməli olacaq.
“Biz gözləyirik ki, tövsiyə… müsbət olacaq və sonra top Aİ-yə üzv dövlətlərin tərəfində olacaq”.
Jhovkva əlavə edib ki, Ukrayna iyunda Avropa Şurasının planlaşdırılan iclası zamanı Aİ-yə namizəd ölkə statusunu alacağını gözləyir.
İctimairey.az xəbər verir ki, şuranın saytındakı cədvələ əsasən, Avropa Şurası iyunun 23-24-də görüşməlidir.
“Sonra biz üzvlük danışıqlarına başlamalıyıq. Və biz bu danışıqları aparan kimi, artıq Ukraynanın Aİ-yə tamhüquqlu üzvlüyü barədə danışa biləcəyik”, – Jovkva bildirib.