Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılmasının əsas istiqamətlərindən biri də jurnalistlərin iqtisadi müstəqilliyinin gücləndirilməsinə dəstəyin göstərilməsidir.
Bunu MEDİA-nın Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri – mətbuat katibi Səidə Şəfiyeva deyib.
Onun sözlərinə görə, bununla bağlı MEDİA tərəfindən bir sıra təkliflər hazırlanıb:
“Hazırda təkliflərlə bağlı aidiyyəti strukturlar tərəfindən araşdırma aparılmaqdadır”.