“Həyat üçün ölkə” partiyası Ermənistan Xarici İşlər Nazirliyinə müraciət edərək, Azərbaycanla imzalana biləcək sazişin və ya onun hər hansı müddəalarının Ali Sovetin qərarının 2-ci hissəsinə zidd olmayacağına əminlik istəyib.
Partiya xüsusilə xatırladıb ki, 1992-ci il iyulun 8-də Ermənistan Respublikası Ali Soveti Dağlıq Qarabağ Respublikasındakı vəziyyətlə bağlı qərar qəbul edib və bu qərar hələ də qüvvədə qalır və bu, Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini nümayiş etdirən əsas sənəd hesab edilir.
“Bu qərara əsasən, Dağlıq Qarabağ Respublikasının Azərbaycanın tərkib hissəsi kimi göstərildiyi hər hansı beynəlxalq və ya daxili sənəd Ermənistan Respublikası üçün qəbuledilməz sayılacaq”, – deyə XİN-ə sorğu göndərən müxalifət partiyası xatırladıb: Ermənistan XİN əmin etməlidir ki, DQR Azərbaycanın tərkibinə daxil olmayacaq.