Gəncədə dahi bəstəkarlar Qəmbər Hüseynlinin 106, Fikrət Əmirovun 100 illiyinə həsr olunan tədbirlər – FOTO

0

Gəncədə Azərbaycanın görkəmli sənətkarı, “Cücələrim” mahnısı ilə bütün dünyaya səs salan Qəmbər Hüseynlinin 106 illiyi dahi bəstəkarın məzarı önündə qeyd olunub.Нет описания.

Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru, bəstəkar, Xalq artisti, professor Siyavuş Kərimli, Konservatoriyanın Elmi İşlər üzrə prorektoru Lalə Hüseynova, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktorları, İrsimizin tədqiqi və təbliği İctimai Birliyinin sədri Səadət Təhmirazqızı, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Əməkdar artistlər Təhmiraz Şirinov, Babək Niftəliyev, bəstəkarın ailə üzvləri, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.Нет описания.Нет описания.

Əvvəlcə tədbir iştirakçıları bəstəkarın abidəsinin önünə gül dəstələri düzüblər. Tədbiri Azərbaycan Milli Konservatoriyasının Elmi-İşlər üzrə prorektoru Lalə Hüseynova açaraq Qənbər Hüseynlinin zəngin musiqi yaradıcılığı barədə məlumat verib. Siyavuş Kərimli çıxışında bildirib ki, Azərbaycan mədəniyyətinin təməlinin qoyulmasında iştirak etmiş möhtəşəm bəstəkarlardan biri məhz Qəmbər Hüseynlidir. O, belə bəstəkarların xatirəsinin qorunub saxlanılmasında, onların yad edilməsində Gəncə sakinlərinin çox böyük rolu olduğunu vurğulayıb. Bəstəkarın ailə üzvləri, “Cücələrim” mahnısı ilə bütün dünyaya səs salan Qəmbər Hüseynli haqqında xatirələrini bölüşüblər, onun həyat və yaradıcılığından danışıblar. Ailə üzvləri Qəmbər Hüseynlinin yaradıcılığına göstərdikləri xüsusi diqqətə görə ölkə başçısı İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya və şəhər rəhbərliyinə təşəkkürlərini bildiriblər. Babək Niftəliyev Əməkdar müəllim Naibə Şahməmmədovanın müşaiyəti ilə Qəmbər Hüseynlinin “Ay İşığında” mahnısını təqdim edib. Sonda 4 nömrəli Uşaq Musiqi Məktəbinin yetirmələri tərəfindən bəstəkarın məşhur “Cücələrim” mahnısı ifa olunub.Нет описания.

Bildiyimiz kimi, Prezident İlham Əliyev dünya şöhrətli bəstəkar Fikrət Əmirovun 100 illiyinin qeyd olunması ilə bağlı müvafiq Sərəncam imzalayıb. Bununla əlaqədar olaraq günün ikinci yarısında Gəncədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə Şəhər İcra Hakimiyyətinin, “İrsimizin Tədqiqi və Təbliği” ictimai Birliyinin, Gəncə Regional Mədəniyyət İdarəsinin, Gəncə Dövlət Filarmoniyasının və Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli bəstəkarı SSRİ Xalq artisti, Azərbaycan SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan SSRİ Elmlər Akademiyasının müxbir üzvü, İctimai Xadim Fikrət Məşədi Cəmil oğlu Əmirovun 100 illiyinə həsr olunan əbədi-bədii gecə keçirilib. Əvvəlcə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Mədəniyyət nazirliyinin Musiqi sektorunun müdiri Vüqar Hümbətov, Xalq artisti, professor, Ü.Hacıbəyov adına Müsiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlov, “İrsimizin Tədqiqi və Təbliği” İctimai Birliyinin sədri Səadət Təhmirazqızı və Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra tədbir iştirakçıları Gəncənin sonuncu xanı Cavad xanın türbəsinə gələrək, onun xatirəsini anıblar.Нет описания.

Gəncə Dövlət Filamoniyasında gerçəkləşən əbədi-bədii gecənin rəsmi hissəsində əvvəlcə 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükuta yad edilib. Xalq artistləri Fərhad Bədəlbəyli, Siyavuş Kərimli, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, millət vəkili Pərvin Kərimzadə, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev və digər qonaqlar çıxış edərək, görkəmli bəstəkar Fikrət Əmirovun həyat və yaradıcılığından, onun Azərbaycan musiqisinə olan misilsiz töhvələrindən söhbət açıblar. Bununla yanaşı, gecədə iştriak edən mədəniyyət xadimləri “F. Əmirov və xalq musiqisi”, “F. Əmirov yaradıcılığında romantizm”, “F. Əmirov və klassik Azərbaycan poeziyası” mözusunda çıxışlar ediblər.Нет описания.

Tədbirin rəsmi hissəsindən sonra bəstəkarın mahnılarından ibarət kosert proqramı baş tutub. Konsertdə Xalq artisti Murad Adıgözəlovun pianoda ifası tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb. Daha sonra Xalq artisti Sevinc İbrahimova “Evləri var xana-xana”, Əməkdar artistlər Təhmiraz Şirinov “Göygöl”,” Reyhan”, Zemfira İsmayılova “Sevil” operasından Sevilin ariyası, “Azərbaycan elləri”, Babək Niftəliyev “Şeyx Sənan” operasından Kor Ərəbin mahnısı, Kəmalə Tağızadə “Böyük dayaq” filmindən Pərişanın mahnısı, solist Elmir Pişnamazov “Sevil” operasından Balaşın ariyasını səsləndirərək tamaşaçıların zövqünə oxşayıblar. Sonda bir sıra şəxslər tədbirin təşkilinə görə təltif olunub.Нет описания.

GülnarRÜSTƏMOVA  İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »