Gəncə şəhərinin müxtəlif ərazilərində iməcliklərin təşkili artıq ənənə halını almaqdadır.
Növbəti iməclik Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin Gəncə regional filialının təşəbbüsü, YAP Gəncə şəhər təşkilatının, Nizami Bələdiyyəsinin dəstəyi ilə Şəhidlər xiyabanı və 1 saylı şəhər qəbirstanlığında baş tutub.
İməcilik zamanı sözügedən ərazidə təmizlik və abadlıq işləri həyata keçirlib. Buradakı məzarların ətrafı qurumuş alaq otlarından təmizlənib, daş, qum və torpaq qalıqları yığılaraq ərazidən kənarlaşdırılıb. Gün ərzində davam edən iməcilik zamanı məzarlıq ərazisində olan ağac və gül kollarına aqrotexniki qulluq göstərilib. İşlərə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyli sayda canlı qüvvəsi və texnikası cəlb olunub.
İməclikdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.
Bununla yanaşı, F.Əmirovun 100 illik yubileyi ilə əlaqədar Gəncə şəhərində səfərdə olan Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimli, Konservatoriyanın prorektoru, professor Lalə Hüseynova, Əməkdar artist, xanəndə Təhmiraz Şirinov, muğam ifaçısı, Əməkdar artist Babək Niftəliyev və başqaları Gəncənin Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğulların xatirəsini ehtiramla yad ediblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimli və digərləri Gəncənin Şəhidlər Xiyabanı ərazisində ağac əkiblər.
Daha sonra qonaqlar Gəncənin Ermənistan Respublikası silahlı qüvvələrinin raket atəşinə tutması nəticəsində dağılan əraziyə baş çəkib, tər çiçəklər düzüb, həlak olanların xatirəsini ehtiramla yad ediblər. İncəsənət xadimləri gün ərzində “İmamzadə” dini kompleksini də ziyartə ediblər.
Gülnar RÜSTƏMOVA İctimairey.az