Həftə ərzində Ukrayna sahillərində batan Rusiyanın flaqmanı “Moskva” gəmisinin ekipajı günlər sonra üzə çıxıb. Gəmiylə bağlı xəbər qadağası tətbiq edən Rusiya xəbər agentlikləri qatıldığı mərasimdə öldüyü iddia edilən əsgərlərin görüntülərini paylaşıb.
Keçən həftə Rusiya ilə Ukrayna arasında gedən müharibədə Rusiya donanması böyük zərbə aldı… Odessa sahillərində Rusiyanın flaqmanı Moskva gəmisi Ukraynanın hücumu nəticəsində ağır zərər görərək batıb.
Gəmidəki yüzlərlə əsgərin öldüyü iddia edilsə də, Rusiya mediası günlərlə bu hadisəyə məhəl qoymadan bu gün diqqətçəkən bir video yayımlayıb. Rusiya xəbər agentlikləri Rusiya Müdafiə Nazirliyindən əldə etdiyi görüntüləri paylaşıb.
Kadrlarda gəmidə öldüyü iddia edilən əsgərlərin mərasimdə olduğu görünür. Əsgərlərin Krımda keçirilən hərbi parada qatıldığı, öldüyü iddia edilən yüksək rütbəli məmurların hələ də sağ olduğu bildirilib.
TƏFƏRRÜATLAR GƏLİR…