1.1918-1919-cu illərdə yayılmış qrip epidemiyası nəticəsində, ABŞ və Avropada 20 milyon insan həlak olmuşdu.
- Gündə bir qutu siqaret çəkən insan ildə yarım stəkan qətran içir.
- İnsan heyvanat aləminin yeganə nümayəndəsidir ki, düz xətt çəkə bilir.
- İnsanın başına yaşadığı müddət ərzində orta olaraq 725 kilometr saç çıxır.
- Sarışınlara saqqal qaraşınlara nisbətən daha tez çıxır.
- Gülərkən insanın 17 əzələsi “işləyir”.
- Ağ ciyərin səthi 100 kvadrat kilometrdir.
- İnsan DNK-sı özündə 80 000 gen saxlayır.
- Kişilərin boyu 130 sm, qadınların isə boyu 120 sm-dən aşağı olduqda karlik sayılır.
- İnsan orqanizmindəki leykositlər 2-4 gün yaşayır, eritrositlər isə 3-4 ay.
- Fransızlar əl barmaqlarını belə adlandırır: pus, indeks, major, anlyuer, orikyuler.
- İnsan ömrü boyu barmaqlarını təxminən 25 milyon dəfə qatlayır.
- İnsan ürəyinin ölçüsü təxminən onun yumruğu boyda olur. Yetkin insan ürəyinin çəkisi 220-260 qr olur.
- İnsan orqanizminə cəmi 4 mineral daxildir: apatit, araqonit, kalsit, kristobalit.
- Bir insan beyninin buraxdığı elektrik impulsları bütün dünyada olan telefonların buraxdığı elektrik impulslarından da çoxdur.
- Güclü işıqdan görmə qabiliyyətini itirmək xəstəliyinə “qar korlaşması” deyirlər.
- İnsan bədənində yaşayan bütün bakteriyaların ümumi çəkisi 2 kq-dır.
- İnsan beynində 1 saniyədə 100 000 kimyəvi reaksiya gedir.
- Körpələr doğulanda onlarda diz qapağı olmur. Diz qapaqları 2-6 yaşlarında əmələ gəlir.
- İnsan ağ ciyərinin sahəsi təxminən tennis kortunun sahəsi qədərdir.
- İnsan doğulanda onun beynində 14 milyard hüceyrə olur və bu ölənə qədər artmır. 25 yaşdan sonra gündə 100 000 hüceyrə ölməyə başlayır. Kitab vərəqi oxumaq üçün sərf edilən 1 dəqiqə ərzində təxminən 70 hüceyrə məhv olur. 40 yaşdan sonra beynin deqrodasiyası sürətlənir, 50 yaşdan sonra isə neyronlar (sinir hüceyrələri) solur və beynin həcmini azaldır.
- Psixiatriyada qavramanım pozulması, zaman və məkan, öz bədəninin və ətraf-mühit hissiyatının dəyişməsi
sindromu rəsmi olaraq “Alisa xariqələr diyarında” adlanır!
- İnsan həyatda olan zaman onun kiçik bağırsağının uzunluğu 2.5 metrdir. Öldükdən sonra isə bağırsağın əzələləri boşaldığından onun uzunluğu 6 metrə çatır.
- İnsanda təxminən 2 milyon tər vəzi var. Orta yaşlı insan hər 1 litr tər ilə 540 kalori itirir. Kişilər qadınlardan təxminən 40 % daha çox tərləyir.
- İnsanın sağ ağ ciyəri sol ağ ciyərdən daha çox hava toplayır.
- Yetkin insan gün ərzində 23 000 dəfə nəfəs alıb-verir.
- Ömrü boyu qadın orqanizmi 7 milyon yumurtacıq istehsal edir.
- İnsan gözü 10 000 000 rəng seçə bilir.
- İnsan ağzında təxminən 40 000 bakteriya var.