Zaqatala Rayon Prokurorluğu Çardaxlar kəndində kişinin arvadını və özünü öldürməsi barədə məlumat yayıb.
İctimairey.az xəbər verir ki, aprelin 17-si Zaqatala rayonu, Çardaxlar kəndi ərazisində 1985-ci il təvəllüdlü Qılman Həsənov və Xavər Həsənovanın yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla Xavər Həsənovanın əri Qılman Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Xavər Həsənovanın boğazını kəsərək qəsdən öldürməsinə, daha sonra özünə həmin alətlə xəsarət yetirərək intihar etmiş.
Xavər Həsənova Çardaqlar kənd məktəbinin ibtidai sinifində dərs deyirmiş.
Onların iki övladı var.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Hazırda cinayət işi üzrə istintaq davam edir”.