Blokda qadına görün nə etdilər
Bakıda Özbəkistan vətəndaşı olan xanım qonşuları tərəfindən döyülüb.
İctimimaiRey.az xəbər verir ki, ”Hadisə Nizami rayonu Naxçıvanski küçəsi, 88 ünvanında baş verib. Binanın 9-cu mərtəbsində yaşayan Özbəkistan vətəndaşı Gülnaz Kazakova qonşuları tərəfindən döyülüb. Daha sonra Kazakovanın mənzilində həm ona, həm də qızına müxtəlif bədən xəsarətləri yetirilib”.
Gülnaz Kazakovanın sözlərinə görə, onunla əlbəyaxa dava edənlər ana və iki qızı olub. Leyla, Yeganə və Fatimə adlı bu qadınlar onunla eyni mərtəbədə yaşayırlar.
Hadisənin hansı səbəbdən baş verməsinə gəlincə…
Gülnaz Kazakovanın sözlərinə görə, məni döyən qonşum Leylanın qızı Yeganə mənə ləkə yaxmaq istəyib:
“Qızıma deyiblər ki, məhlədə bir oğlan onlara mənim “gəzdiyimi” deyib. Oğlanı məhlədə görüb soruşdum. İnkar etdi. Üzləşdirmək üçün 9-cu mərətəbəyə çıxdıq. Yeganə qapını açıb dedi ki, mən elə bir şey deməmişəm. Oğlanı da tanımadığını dedi. Bu an qızım dedi ki, oğlan deyib. Qonşularım inkar etdi. O an həmin mərtəbədə mənə hücum etdilər. 3 qadın məni döydü, evimə gətirib, dəhlizdə də döyməyə davam etdilər. Qaynanam da mane olmadı. Məni vurdular, qızımı, oğlumu itələdilər. Uşaqlarımın hərəsini bir otağa saldılar. Hamı da tamaşa edirdi”.
“Gördüyünüz kimi dəfələrdə döyməyimizə baxmayaraq, qapını üzümüzə açan olmadı”.
Gülnaz Kazakovaya hüquq mühafizə orqanlarından yaxın vaxtda cavab veriləcəyi deyilib.(apa)