Rusiya Dövlət Televiziyası: Üçüncü Dünya Müharibəsi başladı – FOTO

0

Ukrayna qüvvələri Qara dənizdə Rusiyanın flaqmanı “Moskva” gəmisini batırdıqlarını elan etdikdən sonra, “Üçüncü Dünya Müharibəsi artıq başlayıb” iddiası Rusiya dövlət televiziyasından gəlib.

Ukraynanın dünənki raket hücumundan sonra, Qara dənizdə batan Moskva gəmisi Rusiyanı şoka salarkən, Rusiya Dövlət Televiziyasında çox mübahisəli açıqlama gəldi.

Rusiya dövlət televiziyasının aparıcısı bildirib ki, prezident Vladimir Putinin Ukraynada “xüsusi əməliyyat”ının bu qədər uzanmasının səbəbi Rusiyanın NATO-ya qarşı Üçüncü Dünya Müharibəsində iştirak etməsidir.

Rusiyanın “Rossiya 1” kanalının aparıcısı Olqa Skabeyeva bildirib ki, son “gərginliyi” açıq şəkildə 3-cü Dünya Müharibəsi adlandırmaq olar və “Biz mütləq NATO-nun özünə qarşı mübarizə aparırıq” dedi.

“MÜHARİBƏNİN MÜTLƏQ SƏBƏBİ”

Moskvanın dağılmasını “müharibənin 100 faiz mütləq səbəbi” kimi qiymətləndirən rusiyalı ekspertlər Skabeyevaya dəstək versələr də, Rusiyanın buna təcili cavab verməli olduğu bildirilib. Verilişin qonaqları da “Rusiya Kiyevi dağıtmalıdır” fikrini vurğulayıblar.Rus basını: NATO'yla savaşıyoruz, 3. Dünya Savaşı başladı - Dış haberler

Rusiya dövlət televiziyasının ayrıca “Vremya pokazhet” proqramında rus təbliğatı davam edir. Verilişdə o da iddia edilib ki, ukraynalılar öz ölkələrində rus əsgərlərini görməkdən xoşbəxtdirlər və rusların soyqırım törətdiyini düşünmürlər.

Ukrayna hakimiyyəti aprelin 13-də Qara dənizdə Rusiyanın “Moskva” kreyserini Neptun raketi ilə vurduqlarını və gəmidə yanğın baş verdiyini açıqlayıb. Qeyd edilib ki, kreyserin ekipajında ​​təxminən 510 nəfər olub.

Ukrayna mətbuatı Rusiya-Ukrayna müharibəsinin ilk günlərində İlan adasında ukraynalı əsgərlərə hücum edən Moskva kreyserinin 2014-cü ildə Krımın qanunsuz işxalı zamanı Ukrayna gəmilərinin sahildən çıxmasının qarşısını aldığını yazıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »