Britaniya xüsusi təyinatlılarını Ukraynaya göndərdi

0

Britaniya xüsusi təyinatlıları Kiyev və onun ətrafında Ukrayna hərbçilərinin təlimlərini bərpa edib.

IctimaiRey.az UNİAN-a istinadən bildirir ki, bu barədə “The Times”a ukraynalı zabitlər məlumat verib.

Belə ki, kapitan Yuri Mironenkonun sözlərinə görə, təxminən iki həftə əvvəl Kiyevdə Britaniya Xüsusi Hava Xidmətinin (SAS) əsgərləri hərbçilərə NLAW tank əleyhinə sistemlərdən istifadə etməyi öyrədiblər.

İki batalyonun zabitləri biri ötən həftə, digəri isə bir həftə əvvəl Britaniya Xüsusi Qüvvələrindən hərbi təlim keçib.

Böyük Britaniya Müdafiə Nazirliyi bu cür əməliyyatları şərh etməmək qərarına istinad edərək, ukraynalı komandirlərin məlumatını təsdiqləməkdən imtina edib.

Britaniyadan olan təlimatçılar əvvəllər ukraynalı hərbçilərlə işləyiblər, lakin fevralın ortalarında krallığın Müdafiə Nazirliyi onları geri çağırıb. Daha sonra departament Rusiya ilə Ukrayna arasında münaqişə olacağı təqdirdə britaniyalıların döyüşlərdə iştirak etməyəcəyini bildirib.

Xatırladaq ki, mart ayında Rusiya ordusu Yavorovski poliqonuna – Beynəlxalq Sülhün Müdafiəsi və Təhlükəsizlik Mərkəzinə hava zərbələri endirib. Nəticədə doqquz nəfər öldü, onlarla qurban var.

“Rusiya Lvov yaxınlığındakı Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzinə hücum edib. Orada əcnəbi təlimatçılar işləyir. Qurbanlar barədə məlumatlar dəqiqləşdirilir. Bu, Aİ-NATO sərhədi yaxınlığında sülh və təhlükəsizliyə qarşı yeni terror aktıdır. Bunun qarşısını almaq üçün tədbirlər görülməlidir. Səmanı bağlayın”, – deyə Ukraynanın müdafiə naziri Aleksey Reznikov vurğulayıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »