Rusiya İsveç və Finlandiyanın NATO-ya daxil olmasına nüvə silahı yerləşdirməklə sərt cavab verəcək – FOTO
İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına qoşulmaq niyyətləri Rusiyanın potensial düşmənlərinin siyahısının genişləndirilməsi, eləcə də Baltikyanı ölkələrdə nüvə silahlarının yerləşdirilməsi daxil olmaqla, Rusiyanın son dərəcə sərt reaksiyasına səbəb olacaq.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, NATO-nun İsveç və Finlandiya hesabına genişlənməsi həm NATO, həm də bloka daxil olan iki yeni ölkə üçün son dərəcə mənfi nəticələrə gətirib çıxaracaq, üstəlik, bu halda Baltikyanı qeyri-nüvə statusu mövzusunda daha dialoq olmayacaq.
“Rusiyanın daha çox rəsmi qeydiyyatdan keçmiş rəqibləri olacaq. İsveç və Finlandiya NATO-ya daxil olarsa, alyansın Rusiya Federasiyası ilə quru sərhədlərinin uzunluğu iki dəfədən çox artacaq. Təbii ki, bu sərhədlər gücləndirilməli, quru qoşunlarının və hava hücumundan müdafiə qüvvələrinin qruplaşması ciddi şəkildə gücləndiriləcək, Finlandiya körfəzi sularında mühüm dəniz qüvvələri yerləşdiriləcək. Belə olan halda, biz artıq Baltikyanı hər hansı qeyri-nüvə statusundan danışa bilmərik – balans bərpa edilməlidir”, – Dmitri Medvedev bildirib
Ekspertlər qeyd edirlər ki, Rusiya həqiqətən də NATO-dan potensial təhlükənin yaranmasına son dərəcə sərt reaksiya verməyə hazırdır.
“Alyansın genişlənməsi hərbi blokun xüsusi statusunu vurğulayan nədənsə deyil, sırf Rusiyaya qarşı hərbi potensialı genişləndirmək məqsədi ilə baş verir. Əgər əvvəllər İsveç və Finlandiya Rusiyaya münasibətdə neytral ölkələr idisə, indi onlar həm öz ordusuna sahib olan, həm də digər ölkələrin orduları tərəfindən dəstəklənən potensial rəqibdirlərdi” deyə bildirilir.
Xatırladaq ki, İsveç və Finlandiya NATO-ya üzv olmaqdan yana danışırdılar və İsveçdə bunun yaxın bir neçə ay ərzində həyata keçiriləcəyinə inanırlar.