Bu ölkə altı rus diplomatını ölkədən qovdu

0

Şimali Makedoniya altı rus diplomatı persona non qrata elan edib.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu gün Rusiyanın Şimali Makedoniyadakı səfiri Sergey Bazdnikin Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Rusiyanın Şimali Makedoniyadakı səfirliyinin altı diplomatının persona non qrata elan edildiyi bildirilib”, – məlumatda deyilir.

Qeyd olunur ki, diplomatlar “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına zidd fəaliyyətlə” məşğul olublar. Onlar beş gün ərzində ölkəni tərk etməlidirlər.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »