Dünən batırılan “Moskva” kreyseri Xersondakı rus işğalçılarını hava hücumundan müdafiə ilə təmin edirdi.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
Onun sözlərinə görə, gəmi həmçinin, Odessa və Xerson vilayətlərinə desant çıxarılmasını təmin etməli idi.
“Kreyser desant qoşunları üçün hava hücumundan müdafiəni təmin edirdi. Göyərtəsində çoxlu sayda dəniz əsaslı S-300 sistemi var idi, buna görə də əla “çətir” rolunu oynayırdı. Rusiya kreyserinin batırlması Ukrayna üçün yaxşı hadisədir. Bu, Ukrayna aviasiyasının işini cənub istiqamətində xeyli asanlaşdıracaq”, – Arestoviç bildirib.