Zelenski Rusiyanı dünya səhnəsindən itməklə hədələyib

0

Rusiya Kiyevin şərtləri ilə sülh danışıqlarına başlamasa, dünya səhnəsindən həmişəlik yox olacaq. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində deyib

“Rusiya rəhbərliyi ya həqiqətən sülh axtaracaq, ya da bu müharibə nəticəsində dünya səhnəsindən həmişəlik yox olacaq”, – deyə Zelenski bildirib.

Rusiyalı senator Aleksey Puşkov Ukrayna prezidentinin bəyanatını şərh edərkən bunu “absurd” adlandırıb.

“Bu, Rusiyaya aid deyil. Başqa miqyas, başqa şəxsiyyət, başqa hekayədir. Aktyorlar səhnədən yoxa çıxırlar. Ya da onu tərk edərlər. Bəli ”deyə Puşkov Telegram kanalında yazıb.

Xatırladaq  ki, fevralın 28-dən Rusiya-Ukrayna danışıqları davam edir. Martın 29-da İstanbulda keçirilən görüşdə Ukrayna nümayəndə heyəti sülh müqaviləsinin şərtlərinin öz variantını təklif edib. Aprelin 7-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukrayna martın 29-da təqdim olunan sənədlə ziddiyyət təşkil edən yeni saziş layihəsi təqdim edib. Onun sözlərinə görə, Ukrayna əvvəllər təhlükəsizlik zəmanətlərinin Krıma şamil edilməyəcəyinə söz verib, lakin bu bənd sazişin yeni variantında yoxdur.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »