Rusiya Donbas bölgəsində gözlənilən hücumdan əvvəl Ukraynanın şərq sərhədi boyunca qoşun və hərbi texnika yığır.
Rusiya fevralın 24-də Ukraynanı işğal etdi, lakin indi onun qüvvələri paytaxt Kiyevdən və Ukraynanın şimalından tamamilə Belarus və Rusiyaya çəkilib.
Böyük Britaniyanın Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynanın şərqində döyüşlərin yaxın həftələrdə şiddətlənəcəyi gözlənilir, çünki Rusiya oradakı səylərini istiqamətləndirməyə davam edir.
Rusiya şərqdə tam nəzarəti əldə etmək niyyətindədir
Rusiya rəsmiləri bildiriblər ki, onların qüvvələri hazırda Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərinə aid olan, Rusiyayönlü separatçıların işğaldan əvvəl əhəmiyyətli əraziləri ələ keçirdikləri Donbasın “tam azad edilməsinə” yönəlib.
Qərb rəsmiləri Rusiyanın Donbasdakı qoşunlarının sayını əhəmiyyətli dərəcədə artıracağını gözlədiklərini deyirlər və peyk görüntüləri Ukrayna ilə sərhəddə yığılmanın davam etdiyini göstərir.
Müharibənin Tədqiqi İnstitutunun (MTİ) məlumatına görə, artıq Donbasda olan Rusiya qüvvələri yerli hücumlarını müvəffəqiyyətsiz həyata keçirməyə davam etsə də, çox az irəliləyiş əldə edib.
Lakin şərqdəki Kramatorsk və Konstantinovka şəhərlərinin Rusiyanın müharibəyə yenidən fokuslandığı üçün, digər şəhər mərkəzləri ilə eyni səviyyədə zorakılığın hədəfinə çevriləcək, Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirir.
Cənubda Rusiyanın irəliləməsi yavaşlayır
Əvvəlcə Rusiya qüvvələri cənubda sürətlə irəlilədi, onların əsas məqsədi 2014-cü ildə işxal edilmiş Krımla Rusiyanın dəstəklədiyi Donetsk və Luqanskdakı separatçıların nəzarətində olan ərazilər arasında quru dəhlizi yaratmaq idi.
Qərbdə Rusiya Ukraynanın Qara dənizə çıxışını kəsmək üçün, Odessaya doğru irəliləməyə çalışdı, lakin onların irəliləməsi Nikolayevdə dayandı.
MTİ hesab edir ki, ərazidəki Ukrayna qüvvələri yaxın həftələrdə Xerson şəhərini geri almağa cəhd edə bilər.
Cümə axşamı Ukrayna Rusiyanın Qara dənizdəki “Moskva” hərbi gəmisinə iki qanadlı raket atdığını və bunun ciddi ziyan vurduğunu bildirib. Rusiya gəminin zədələndiyini və ekipajın təxliyyə edildiyini təsdiqləsə də, bunun səbəbini araşdırdığını bildirib.
510 ekipaj üzvü olan gəmi Rusiyanın hərbi dəniz qüvvələrinin Ukraynaya hücumuna rəhbərlik edib və bu, onu mühüm simvolik və hərbi hədəfə çevirib.
Rusiya geri çəkildikdən sonra şimal geri alındı
Rusiya qüvvələri bölgədən geri çəkildikdən sonra, Ukrayna qüvvələri Kiyev ətrafında və Belarus və Qərbi Rusiya ilə şimal sərhədlərində geniş əraziləri geri alıb.
Rusiyanın geri çəkilməsi, Rusiya qüvvələri tərəfindən törədilmiş hərbi cinayətlər iddiaları ilə paytaxta doğru irəliləyiş zamanı ələ keçirilən insanlara, şəhər və kəndlərə dəymiş böyük ziyan və dağıntılar haqqında daha aydın təsəvvür yaratmağa imkan verib.